Accessibility links

ABŞ Venesuela müxalifətinə dəstək verib


ABŞ Venezuela müxalifətinə dəstək verib
please wait

No media source currently available

0:00 0:02:23 0:00

ABŞ Venezuela müxalifətinə dəstək verib

ABŞ prezidenti Donald Tramp rəsmi olaraq Venesuelanın müxalifət lideri Xuan Quaydonu ölkənin müvəqqəti prezidenti kimi tanıyıb. Tramp çərşənbə günü Venesuela Milli Assambleyasının Nikolas Maduronun hakimiyyətini qeyri-qanuni və Quaydonun özünü müvəqqəti prezident bəyat etdiyini elan etdikdən sonra bəyənatla çıxış edib.

Çərşənbə günü minlərlə etirazçı Maduro rejiminin sona çatması üçün Venesuela paytaxtı Karakasda küçələrə çıxıb. Bəzi etirazçılar polislərlə qarşırdurma nəticəsində öldürülüb.

Venesuela müxalifət lideri və milli assambleyanın prezidenti Xuan Quaydo çərşənbə günü özünü müvəqqəti prezident elan edib.

"Venesuelanın müvəqqəti prezidenti kimi milli rəhbərliyin bütün səlahiyyətlərini qəbul edərək qəsbkar və xain hökumətə son vermək və azad seçkilər keçirməyə söz verirəm", Xuan Quaydo, Venesuela müxalifət lideri.

Maduro tərəfdaşları da çıxış ediblər.

“Biz bu gün Karakas küçələrində Nikolas Maduronun rəhbərlik etdiyi Bolivar inqilabını dəstəkləmək üçün toplaşmışıq”, İsmael Ceder, tələbə.

Maduronun tərəfdarlarının üstünlük təşkil etdiyi Venesuela Ali məhkəməsi Maduronun devrilməsi üçün toplaşmış assambleyaya qarşı cinayət istintaqı tələb edib.

Tramp rəsmi olaraq Quaydonu müvəqqəti prezident kimi tanıyıb və Maduro rejimini dəyişməyə çağıraraq Venesuela xalqına zərər verməmək xəbərdarlığı ilə çıxış edib. Jurnalistlərin “hərbi seçimi nəzərdən keçirib – keçirmədiyini” sualına isə belə cavab verib:

"Biz heç bir şey nəzərdən keçirmirik, amma bütün variantlar masa üzərindədir", Donald Tramp, ABŞ prezidenti.

Buna cavab olaraq isə Maduro ABŞ-la bütün əlaqələrin kəsdiyini bildirib və Amerika diplomatlarına ölkəni 72 saat ərzində tərk etmək əmrini verib.

"Mən ABŞ-la bütün siyasi və diplomatik əlaqələri kəsmək qərarına gəldim”, Nikolas Maduro, Venesuela prezidenti.

Regiondakı bir neçə dövlət başçısı da prezident Trampla eyni addımı atıblar. Braziliya və Kolumbiya prezidentləri İsveçrədəki Dünya İqtisadi Forumunda Quaydonun iştirakını təsdiqləyib.

"Kolumbiya Xuan Quaydonu Venesuela prezidenti kimi tanıyır və Venesuela xalqının diktatorluqdan azad ola bilmələri üçün ölkəni demokratiyaya keçid prosesində dəstəkləyir", İvan Duke, Kolumbiya prezidenti.

Maduro solçu lider Uqo Çavezin ölümündən sonra hakimiyyətə gəlib və müşahidəçilərin saxta adlandırdığı son prezident seçkilərində qələbə qazanıb. Onun hakimiyyəti dövründə neft sektorunun çökməsi ilə ölkədə güclü iqtisadi böhran yaşanır. Son iki il ərzində iki milyondan çox insan ərzaq və tibb kimi gündəlik tələbatların çatışmazlığı səbəbindən ölkəni tərk edib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG