Accessibility links

ABŞ-ın Virciniya ştatına Respublikaçı qubernator seçilib


Respublikaçı Qlen Yanqkin ölkə miqyasında yaxından izlənilən bir neçə yarışdan birində, çərşənbə axşamı keçirilən növbəti seçkilərdə qalib gələrək, ABŞ-ın Virciniya ştatının qubernatoru olub.

Siyasətə yeni gələn Yanqkin 51% səs toplayaraq, 48% səsə malik olan Virciniya ştatının keçmiş qubernatoru, Demokrat Terri Makollafı geridə qoyub.

Çərşənbə axşamı seçkiləri ərəfəsində hər iki namizəd özünün milli siyasi səhnədəki əhəmiyyətini vurğulayıb. Bu, 2022-ci il seçkilərini gözləyən Demokrat və Respublikaçıların iştirak etdiyi qubernator yarışlarından biridir.

Gələn il Nümayəndələr Palatasının 435 üzvü bülletenlərdə yer alacaq.

Demokratlar həm Nümayəndələr Palatasında, həm də Senatda cüzi çoxluğa sahibdir və gələn il ikisindən birində və ya hər ikisində nəzarəti itirmək Demokrat prezident Co Baydenin qanunvericilik gündəmini həyata keçirməsini çətinləşdirəcək.

Virciniya ştatındakı nəticələr son zamanlar baş verən dəyişikliyinə işarə idi. Seçkilərdən bir neçə ay əvvəl keçirilən rəy sorğularında Terri Makollaf liderliyini saxlaya bilmişdi. Lakin Baydenin reytinqi aşağı düşdükcə, onun da seçkilərdə qələbə şansı daralmağa başlamışdı.

Keçənilki seçkilərdə Bayden Virciniyanı 10 bal fərqlə qazanmışdı.

Associated Press-in Virciniya seçiciləri arasında apardığı rəy sorğuları buna səbəbin Virciniya seçicilərinin təxminən üçdə bir hissəsinin onlar üçün əsas məsələnin iqtisadiyyat, 17 faizi koronavirus pandemiyası, 14 faizinin isə təhsillə əlaqədar olduğunu göstərib.

Qubernator Fil Merfinin 44 ildə yenidən seçkilərdə qalib gələn ilk Demokrat qubernator olmağa çalışdığı Nyu-Cersi ştatında səslər çərşənbə günü səhər hələ də hesablanırdı. O, keçmiş qanunverici, Respublikaçı Cak Çiatarelli ilə yarışıb.

XS
SM
MD
LG