Accessibility links

ABŞ-da hazırda virusun Britaniya variantına ən çox gənclər yoluxur


ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) direktoru Roşel Valenski çərşənbə günü deyib ki, ABŞ-da hazırda virusun ən çox yayılan variantı COVID-19-un Britaniyada aşkar edilən B.1.1.7 variantıdır.

Ağ Evdə COVID-19-a Reaksiya Qrupunun brifinqi zamanı Valenski Britaniya variantının gənc amerikalılar arasında daha çox yayıldığını və daha yoluxucu olduğunu, son həftələr yoluxanların sayının artmasına səbəb olduğunu deyib.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin direktoru son göstəricilərin ABŞ-da ondan əvvəlki 7 günlə müqayisədə gündə 62878 olmaqla, son yeddi gündə 2.3% artdığını bildirib. O, həmçinin uşaq bağçaları və gənclərin idman mərkəzlərində də yoluma hallarına dair məlumat əldə edildiyini deyib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Roşel Valenski
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Roşel Valenski

Valenski xəstəxanalara müraciətlərin sayının da son bir həftə ərzində gündə təxminən 2.7% artdığını, əsasən də 30-40 yaşlardakı insanların xəstəxanalara ağır vəziyyətdə çatdırıldığını deyib.

Onun sözlərinə görə, ABŞ-da hazırda gündə üç milyon amerikalıya peyvənd vurulur.

Valenski ABŞ-ın peyvənd proqramını sürətləndirməyə davam etməsinin vacibliyini vurğulayaraq, icmaların da üzərinə düşənləri yerinə yetirməli olduğunu deyib.

Prezident Bayden aprelin 19-na qədər ABŞ-dakı bütün yetkinlərin peyvəndlə təmin ediləcəyini açıqlayıb. Bu, mayın 1-dək nəzərdə tutulan möhlətdən iki həftə əvvəl deməkdir.

Ağ Evin bildirdiyinə görə, ABŞ-da yetkinlərin təxminən 40%-ı azı bir doza vaksin qəbul edib. Ümumi əhalinin isə demək olar ki, 20%-i tam vaksinasiyadan keçib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG