Viskonsin ştatının qubernatoru çərşənbə günü gecə etirazçıların birinin Vətəndaş Müharibəsinin abolisionist qəhrəmanı olmaqla, Kapitoli binası yaxınlığındakı iki heykəlin dağıdılması tələbi ilə zarakılıqlara əl atmasından sonra dövlət mülkiyyətini qorumaq üçün şəhərə Milli Qvardiya gətiib.
Etirazçılar ştatın senatoruna hücum edib, hökumət binasına Molotov kokteyli atıb. Çərşənbə axşamı gecə onlar Kapitoli binasına girməyə çalışıb. Zorakılıqlar əlində beysbol taxtası olan və meqafonla qışqıran bir qaradərilinin həbsindən sonra 200-lə 300 nəfərin etirazı ilə başlayıb.
Çərşənbə günü saat 10-da 40-a yaxın insan şəhər mərkəzindəki həbsxananın qarşısına toplaşaraq, həbs edilən qaradərilinin sərbəst buraxılmasına çağırıb.
Çərşənbə axşamı gecədən sonra vurulan ziyanla tanış olan qubernator Toni Evers əvvəlki dinc etirazlarla müqayisədə baş verənlərin ciddi ziddiyət təşkil etdiyini deyib və insanların təhlükəsizliyini təmin etmək, ictimai və dövlət binalarını, eləcə də infrastrukturu qorumaq üçün Milli Qvardiyanı aktivləşdirdiyini deyib.
"Əgər məqsəd sosial ədalət, polis sistemində islahatdırsa, irqçilik keçmişin problemidirsə, bu sizin uğursuzluğunuzdur" - deyə, Evens nümayişçilərə bildirib.
Respublikaçı millət vəkilləri və başqaları qubernator Evensi və Madison şəhərinin demokrat merini çərşənbə axşamı zorakılıqları dayandırmaq üçün kifayət qədər iş görməməkdə günahlandırır.