Accessibility links

ABŞ-ın qocalar evlərində koronavirusa görə ölüm halları sürətlə artır


Associated Press agentliyinin in son hesablamalarına görə, ABŞ-da son iki həftədə koronavirus səbəbindən 3600-dən çox ölüm halları qocalar evlərində və uzunmüddətli baxım müəssisələrində baş verib.

Federal hökumət saylar barədə məlumat vermədiyinə görə, Associated Press bunun üzərində media və ştatların səhiyyə departamentlərinin açıqladığı məlumatlara əsaslanaraq işləyib. 10 gün əvvəl həmin müəssisələrdə ölənlərin sayı təxminən 450-dən çox idisə, hazırda 3621 nəfərdir.

Lakin ekspertlərin fikrincə bu cür yerlərdə yaşayan, əsasən zəif və yaşlı 1 milyon insan arasında ölənlərin sayı çox guman ki, daha yüksəkdir. Belə ki, əksər ştatlarda COVID-19 testindən keçmədən ölənlərin sayı nəzərə alınmır.

Son bir neçə həftə ərzində, pandemiya yayılmağa başlayandan bəri Virciniya ştatının Riçmond şəhərindəki bir qocalar evində 42 nəfər ölüb, 100-dən çox nəfər yoluxub, İndiana ştatının mərkəz bölgəsindəki qocalar evində 24 nəfər ölüb, 16 nəfər yoluxub, Massaçusets ştatının Holyoki şəhərindəki veteranlar evində isə 38 nəfər ölüb, 88 nəfər yoluxub ki, bu da federal araşdırmalara səbəb olub. Siyetl yaxınlığındakı Kirkland şəhərindəki qocalar evində isə 43 nəfər həyatını pnamdemiya yayımağa başlayandan bir neçə həftə sonra itirib.

Bunlar yalnız bildiyimiz rəqəmlərdir. Ştatların çoxu qocalar evindəki ölüm hallarının ümumi sayı məlumat verir və xüsusi yoluxmalar barədə detallı məlumat vermir.

Ölkədəki qocalar evlərində ölüm sayına görə Nyu-York liderdir. 96.000 sakini olan qocalar edlərində təxminən 1880 ölüm halı qeydə alınıb. Lakin özəl məlumatların açıqlanmasına dair şərtlərə əsaslanaraq, bu günə qədər yoluxmalar barədə ətraflı açıqlama verilməsindən imtina edilib.

Ekspertlərin fikrincə koronavirus böhranı dövründə qoruyucu ləvazimat, davamlı test dəstləri və xroniki kadr çatışmazlığı qocalar evində ölüm hallarının artmasına səbəb ola bilər.

Mart ayının ortalarında federal hökumətin ziyarətçilərin qarşısının alınması, qrup şəklində fəaliyyətlərin dayandırılması və hər bir işçinin növbəyə başlamazdan əvvəl temperaturunun ölçülməsi və ya tənəffüs simptomlarının müayinə edilməsi kimi addımlarına baxmayaraq, ölüm halları artmaqda davam edir.

Lakin Associated Press-in bu ayın əvvəlində açıqladığı hesabatında bildirilib ki, yoluxmalar qocalar evlərinə yol tapmaqda davam edir, çünki belə müayinələr asimptomatik (simptomları büruzə verilməyən), lakin artıq virusa yoluxmuş insanlarda müəyyən edilmir. Virusa yoluxmuş bəzi tibb işçiləri də daxil olmaqla, bu kimi simptomları olmayıb, virusun daşıyıcıları olan insanların bir neçə belə yoluxma halında xəstəliyi yaydığı bildirilir.

XS
SM
MD
LG