Accessibility links

ABŞ-ın hər 4 xəstəxanasından 3-ü COVID-19 nəticəsində problemlərlə qarşılaşır


ABŞ-ın hər 4 xəstəxanasının 3-nə artıq virusa yoluxma halları təsdiqlənmiş və ya yoluxduqlarından şübhələnilən xəstələr qəbul edilir. Federal hesabatda bildirilir ki, xəstəxanalara proqnozlaşdırıldığından daha artıq xəstənin müraciət edəcəyi gözlənilir.

Bazar günü federal agentliyin açıqladığı hesabatda geniş yayılmış müxtəlif problemlər qeyd edilir. Buraya yetərsiz testlər, nəticələrin ləngiməsi, tibbi personal üçün qoruyucu avadanlığın, ağır xəstələr üçün isə nəfəsalma cihazlarının çatışmaması və öz sağlamlıqları üçün narahat olan tibbi heyətin həddindən artıq və uzun müddətli stres altında olması kimi problemlər daxildir.

"Burada domino effekti mövcuddur. Yənı baş verənlər bir-biri ilə ziddiyətdədir və bu da vəziyyəti daha da ağırlaşdırır" - deyə, Səhiyyə və Sosial Xidmətlər Departamenti baş müfəttişinin köməkçisi Ann Maksvell bildirib.

Baş müfəttişin bu hesabatı 23-27 mart tarixləri arasında ölkə daxilindəki 323 xəstəxanada telefon vasitəsilə aparılan sorğunun nəticələsinə əsaslanır. Hər gün yüzlərlə yeni koronavirusa yoluxma halı qeyd edildiyi zaman ölkənin 6000 yaxın xəstəxanalarının çoxunda vəziyyət getdikcə ağırlaşdırmaqdadır. Başqaları isə hazırlıq məsələsində çətinlik çəkir. Hesabatın bir nüsxəsi Associated Press agentliyinə təqdim olunub.

"Xəstəxanalar problemlərin çoxunun COVID-19 xəstələri və ona yoluxmada şübhəli bilinənlərin testlərdən keçirilməsi, onlara qulluq edilməsi və işçilərin təhlükəsizliyinin təmin edilməsindədir" - deyə, hesabatda bildirilib.

"Çox güman ki, Amerikadakı bütün xəstəxanalar bununla üzləşəcək" - deyə, Maksvell bildirib.

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan və Ermənistanın birgə bəyanatı. ABŞ-Azərbaycan münasibətləri
please wait

No media source currently available

0:00 0:29:46 0:00
XS
SM
MD
LG