Accessibility links

ABŞ Xaşuqcinin qətlində əli olan səudiyyəlilərə qarşı tədbirləri nəzərdən keçirir


ABŞ Xaşuqcinin ölümündə əli olan səudiyyəlilərə qarşı tədbirləri nəzərdən keçirir
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Dövlət katibi Mayk Pompeo ABŞ-ın Washington Post qəzetinin yazarı Camal Xaşuqcinin İstanbulda Səudiyyə Ərəbistanının konsulluğunda qətli ilə əlaqədar bəzi şübhəli şəxslərə qarşı tədbirləri nəzərdən keçirdiyini bildirir. Birləşmiş Ştatlar artıq 18 səudiyyəlinin vizalarını ləğv edib. Bu addımlar bu həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Xaşuqcinin qətli ilə əlaqədar yeni detalları açıqlaması və Səudiyyə Ərəbistanına izahat verilməsi ilə bağlı təzyqlərin artdığı vaxta təsadüf edir.

Səudiyyəli jurnalist Camal Xaşuqcinin üç həftə bundan əvvəl öldürülməsi Vaşinqtonun siyasi həyatında hələ də gündəmdə olan məsələdir. Prezident Donald Tramp Səudiyyə Ərəbisanının İstanbuldakı konsulluğunda belə bir hadisənin necə baş verdiyini sual edib.

“Onların əvvəldən çox pis konsepsiyaları var idi. Bu işi çox pis bir şəkildə görüblər. Və tarixdə ən pis bir şəkildə bunu ört-basdır ediblər. Çox sadə, bu, pis iş idi. Ağla gələcək bir şey deyil. Kimsə hər şeyi korlayıb və onlar çox pis şəkildə bunu ört-basdır edib.”

Səudiyyə Ərəbistanı liderləri ilə keçən həftə görüş keçirdikdən sonra dövlət katibi Mayk Pompeo müxbirlərə deyib ki, ABŞ hazırda əldə olan faktlara əsasən artıq addımlar atmağa başlayıb.

“Biz kəşfiyyat xidmətləri, kral sarayına yaxın adamlar, Xarici İşlər Nazirliyi və Səudiyyə Ərəbistanını başqa nazirliklərindən Xaşuqcinin ölümü ilə əlaqədar şübhələndiyimiz şəxsləri müəyyən etmişik. Biz vizaların ləğv edilməsi də daxil olmaqla, müvafiq ölçülər götürürük.”

Bu həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partlament qarşısında çıxışında Səudiyyə Ərəbistanının qətlə görə “özbaşına hərəkət edən agentlər”in məsuliyyət daşıdığı haqda iddiasını rədd edib.

Ərdoğan qətlin audio yazısı haqda bir söz deməyib. Bəzi ekspertlər Ərdoğanın informasiyadan öz xeyrinə istifadə etmək istədiyini deyir.

Digər ekspertlər deyir ki, Ərdoğan təkcə qlobal siyasi arenada rol oynamaq istəmir, o həm də Səudiyyə Ərəbistanı ilə müsəlman dünyasında liderlik rolu uğrunda rəqabət aparır.

Kamal Kırışcı:

“Səudiyyə Ərəbistanı ölkədə İslamın müqəddəs məbədlərinin olduğuna görə ənənəvi olaraq müsəlman dünyasının lideri hesab edilir, ya da özü belə hesab edir. Buna görə də indi hadisələrin inkişafı burada rəqabətin olduğunu göstərir.”

Jurnalistin qətli ilə əlaqədar beynəlxalq miqyasda hiddət ifadə edildiyi bir vaxt Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman Ər-Riyadda dünyanın biznes və siyasi liderlərinin boykot etdiyi konfransda iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Çin prezidenti Moskvaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:09:29 0:00
XS
SM
MD
LG