VAŞİNQTON - ABŞ regionda Amerika qüvvələrinə qarşı artan təhdidlərə görə, 82-ci Hava-Desant Diviziyasından Yaxın Şərqə 3 minə yaxın əlavə əsgər göndərir.
İran cümə günü Bağdadda Birləşmiş Ştatların hava hücumu zamanı Tehranın görkəmli hərbi komandiri və Yaxın Şərqdə nüfuzunun artmasında böyük rol oynayan Qasim Süleymanini öldürməsindən sonra intiqam alacağına söz verib.
Prezident Donald Trampın əmr verdiyi gecə hücumu İran və ABŞ arasında, eləcə də əsasən İsrail və Səudiyyə Ərəbistanı olmaqla, Yaxın Şərqdəki müttəfiqləri arasındakı "kölgə müharibəsi"ndə dramatik eskalasiyadır.
Adlarının gizli qalmasını istəyən rəsmilər ordunun bu həftənin əvvəlində Küveytə göndərilən təxminən 750 əsgərə qoşulacağını deyib.
ABŞ rəsmiləri bu həftənin əvvəlində Reuters xəbər agentliyinə bölgəyə minlərlə əlavə qoşun göndərilə biləcəyini və ordunun hazırlaşmasına dair göstəriş verildiyini lazım olduğunu bildirmişdi.
May ayından bəri Birləşmiş Ştatlar artıq Yaxın Şərqə təxminən 14,000 əlavə qoşun göndərib.