Accessibility links

ABŞ-ın İran yaxınlığında on minlərlə hərbi qüvvəsi var


Birləşmiş Ştatlar Yaxın Şərq bölgəsinə on minlərlə əsgər yerləşdirib və onların çoxu İrana yaxınlığındakı ölkələrdir. ABŞ-la İran arasında yüksək gərginlik yaşandığı bir zaman bölgədəki ABŞ əsgərlərinin olduğu ölkələrə nəzər salaq.

Yaxın Şərq və Əfqanıstan - Bölgədəki 11 ölkədə 60 000 - 70 000 arasında Amerika əsgəri yerləşdirilib.

İraq - Təxminən 6 000 ABŞ əsgəri. ABŞ rəsmiləri deyirlər ki, onların vəzifəsi İslam Dövləti ilə mübarizə aparmaqdır.

İran 2020-ci il yanvarın 8-i Əl-Əsəd hava bazasına və İrbil hava bazasına raketlər atdı. ABŞ insan itkisinin olmadığını bildirdi. İran ABŞ-dan generalı Qasım Süleymaninin öldürülməsi üçün qisas aldığını deyib.

Suriya - Təxminən 800 ABŞ əsgəri. Onlar əsasən Suriyanın şimal-şərqində və Suriya-İordaniya sərhədi boyunca, Əl-Tanf hərbi bazasında yerləşdirilib. ABŞ onların neft obyektlərini qoruduqlarını və İslam Dövlətinə qarşı mübarizə apardıqlarını deyir.

Türkiyə - Təxminən 2 500 ABŞ əsgəri. Onlar İncirlik və İzmir Hərbi Hava Bazalarında yerləşdirilib. İncirlik hava bazasında təxminən 50 taktiki nüvə silahı saxlanır. İzmir bazası isə NATO missiyalarını dəstəkləyir.

İordaniya - təminən 3 000 ABŞ əsgəri. Onların şoxu Muvaffaq Salti Hərbi Hava Bazasında yerləşdirilib və onların missiyası İslam Dövlətinə qarşı mübarizədir.

Səudiyyə Ərəbistanı - 3 000 ABŞ əsgəri. Onlar Şahzadə Sultan Hərbi Hava Bazasında yerləşdirilib. ABŞ onların bölgəni İranın düşmən hərəkətlərindən qoruduğunu deyir.

Küveyt - 13 000 ABŞ əsgəri əsasən Əli Əl-Səlam Hərbi Hava bazasında və Arifcan düşərgəsinə yerləşdirilib. ABŞ-la Küveyt arasında 1991-ci il Körfəz müharibəösindən sonra Müdafiə Sahəsində Əməkdaşlıq razılığı var.

Bəhreyn - 7 000-dən çox ABŞ əsgəri Bəhra Hərbi Dəniz Bazasında yerləşdirilib.

Qətər - Təxminən 13 000 ABŞ əsgəri Əl-Üdeyd Hərbi Hava Bazasında və Əs-Səyliha düşərgəsində yerləşdirilib.

Birləşmiş Ərəb Əmirlikləri - 5 000 ABŞ əsgəri Əl-Dafra Hərbi Hava bazası və Ficariyə Hərbi Dəniz Donanmasında yerləşdirilib.

Əmman - 600 ABŞ əsgəri. RAFO Hərbi Hava Bazasında yerləşdirilib.

Əfqanıstan - 14 000-ə qədər ABŞ əsgəri Əfqanıstan boyu 6 bölgədə yerlşdirilib.

Şərhlərə bax

XS
SM
MD
LG