Accessibility links

ABŞ yeni sürətli antigen testini təsdiq edib


ABŞ-ın Ərzaq və Dərman Administrasiyasının binası

ABŞ-ın dərman rəsmiləri yeni koronavirus testini təsdiq edib. Administrasiya rəsmiləri ölkəni yenidən açmaq yolunda bu testdən istifadə oluna biləcəyini deyir.

Ərzaq və Dərman Administrasiyası (FDA) şənbə günü San Diyeqo şəhərində qərargahlanan Quidel Corp. şirkətinin inkişaf etdirdiyi antigen testlərindən fövqəladə istifadəyə icazə verib. FDA yaydığı bəyanatda bildirib ki, test burun boşluğundan alınan nümunələrdə virus zülalının fraqmentlərini sürətli şəkildə aşkar edə bilir.

Bu antigen testi FDA-nın indiyədək təsdiq etdiyi üçüncü koronavirus testidir.

Hazırda COVID-19-u diaqnoz etməyin yeganə yolu pasientin burun boşluğundan nümunə götürərək orada virusun genetik materialının olub-olmadığını yoxlamaqdır. Bu testlər yüksək dəqiqliyə malik olsa da, nəticələri əldə etmək saatlarla vaxt apara bilər və bu testlərin yoxlanılması üçün kommersiya laboratoriyaları, universitetlər və xəstəxanalarda mövcud olan xüsusi bahalı avadanlıqlara ehtiyac var.

İkinci test qanda antitellərin olub-olmadığını müəyyən edir. Antitel bədənin infeksiyaya qarşı mübarizə aparandan günlər və ya həftələr sonra istehsal etdiyi zülallardır. Bu testlər alimlərə xəstəliyin icma arasında nə dərəcədə yayıldığını anlamağa yardım edir, lakin bu testlər aktiv infeksiyaları müəyyən edə bilmir.

Antigen testləri virusun genetik kodu əvəzinə virusun ilkin zəhərli hissəciklərini müəyyən etməklə aktiv infeksiyaları diaqnoz edə bilir.

FDA bildirib ki, gələcəkdə daha çox antigen testlərindən istifadəyə icazə verəcəyini proqnozlaşdırır.

Quidel şənbə günü bu testin 15 dəqiqə ərzində dəqiq, avtomatik nəticələr verdiyini bildirib. FDA-nın testdən fövqəladə halda istifadə olunmasına icazə verməsi bizə təcili tibbi yardım işçiləri və digər səhiyyə işçcilərini COVID-19-u diaqnoz etmək üçün gözəl həll yolu ilə təmin etməyimizə imkan verir ki, onlar diaqnozu və mümkündür hətta müalicəni sürətləndirə bilsinlər”, Quidel-in baş icraçı direktoru Duqlas Brayan açıqlamada bildirib.

Ağ Evdə istifadə olunan Abbor Laboratories-in ikişaf etdirdiyi genetic material testi də 15 dəqiqəyə nəticə verir.

Şirkət qrip və Laym xəstəliyi kimi xəstəliklər üçün testlərin inkişaf etdirdiyini bildirib.

Quidel-in səhmlərinin dəyəri bu il başlayandan bəri iki dəfədən çox artıb.

XS
SM
MD
LG