Accessibility links

ABŞ zəruri olmayan işçilərini İraqdan çıxarır


ABŞ zəruri olmayan diplomatik işçilərinə İraqı tərk etmək əmri verib. Bu addım Tramp administrasiyasının Yaxın Şərqdə Amerika əsgərlərinin İran və ya İranın dəstəklədiyi qüvvələr tərəfindən potensial təhlükələrə məruz qala bilməsi barədə xəbərdarlıq etdiyi vaxt atılır.

ABŞ-ın Bağdaddakı səfirliyinin açıqladığı bəyanatda bildirilib ki, əmr həm səfirlik, həm də ABŞ-ın Ərbildəki konsulluğunun işçilərinə şamil edilir.

Pentaqon artıq ötən günlərdə bölgəyə Patriot raket sistemləri və eniş platforma gəmisi də daxil olmaqla təyyarədaşıyan və nüvə bomba təyyarələri göndərib.

ABŞ-ın İraq, Livan, Birləşmiş Ərəb Əmirlikləri və Türkəmənistandakı konsulluqları da Amerika vətəndaşlarına “yüksək səviyyədə ayıqlıq” göstərməyə çağırıb.

Almaniya və Hollandiya İraqda hərbi təlim əməliyyatlarını dayandıracaqlarını bildirib. Bununla belə, rəsmi Berlin Qərbin İraqdakı maraqlarına qarşı təhlükələrin qaçılmaz olduğuna dair öz tərəfindən işarələrə malik olmadığını bəyan edib.

Hollandiya hökuməti isə təlim əməliyyatlarının qeyri-spesifik təhlükə ilə əlaqədar olaraq dayandırıldığını bildirib.

Dövlət katibi Mayk Pompeo və ABŞ-ın Bağdaddakı səfirliyinin müvəkkili Co Hud, 7 may, 2019.
Dövlət katibi Mayk Pompeo və ABŞ-ın Bağdaddakı səfirliyinin müvəkkili Co Hud, 7 may, 2019.

Respublikaçı senator Lindsi Qraham Dövlət Departamenti və Müdafiə Nazirliyindən qanunvericiləri hökumət rəsmilərinin bildirdiyi kimi İran tərəfindən təhlükə ilə bağlı məlumatlandırmalarını istəyib. Qraham deyib ki, onun “təhlükə ilə bağlı qəzetdə oxuduğundan başqa heç bir təsəvvürü yoxdur”.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı İrana müqavimət göstərmək üçün 120 min qoşun səfərbər etməyi planlaşdırdığı barədə məlumatı rədd edib. Lakin gələcəkdə bundan çox əsgəri qüvvə göndərilə biləcəyini də istisna etməyib.

Senator Lindsi Qraham
Senator Lindsi Qraham

“Məncə bu saxta xəbərdir. İndi, mən belə bir addım ata bilərəm? – Əlbəttə. Amma biz bunu planlaşdırmırıq,” deyə Tramp The New York Times-a bildirib.

Pentaqon artıq ötən günlərdə bölgəyə Patriot raket sistemləri və eniş platforma gəmisi də daxil olmaqla təyyarədaşıyan və nüvə bomba təyyarələri göndərib.

Patriot sistemi hava hücumlarından müdafiə sistemidir. Eniş platforma gəmisi isə uzaq məsafədə döyüşmək üçün dənis donanma əsgərlərini, təyyarələri və qayıqları sahilə çatdırır.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırır, 14 may, 2019.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırır, 14 may, 2019.

Times yazır ki, nəzərdən keçirilən 120 minlik əsgəri qüvvə İranı işğal etmək üçün istifadə edilməyəcək. Bildirildiyi kimi, bunun üçün daha böyük hərbi qüvvəyə ehtiyac ola bilər.

Bu arada, ABŞ-ın başçılığı altında İŞİD qüvvələri ilə mübarizə aparan koalisiya qüvvələrinin yüksək səviyyəli zabiti bildirib ki, o, İraq və ya Suriyada İranın dəstəklədiyi qüvvələr tərəfindən koalisiyaya qarşı hazırda ciddi təhlükə görməyib.

“Biz onların mövcudluğundan xəbərdarıq və bir sıra digər qüvvələr də daxil olmaqla biz onları izləyirik. Ona görə ki, bizim olduğumuz mühit bizi buna vadar edir,” deyə General Kris Gika bildirib.

XS
SM
MD
LG