Accessibility links

Zeta qasırğası Luiziana sahillərinə doğru irəliləyir


Meksikanın Yukatan yarımadasına güclü yağışlardan sonra Zeta qasırğasının çərşənbə günü ABŞ-ın körfəz sahillərini vuracağı gözlənilir.

ABŞ Milli Qasırğa Mərkəzi qasırğanın günortadan sonra Luiziananın cənub-şərq sahillərinə çatdığı zaman dalğaların 1-3 metrə çata biləcəyini bildirib.

ABŞ-ın cənub-şərqinə doğru irəlilədikcə Zetanın bəzi bölgələrdə tornadoya səbəb ola biləcəyi və yağan güclü yağışların daşqınlara səbəb ola biləcəyi gözlənilir.

Çərşənbə günü səhər saatda təxminən 140 kilometrə qədər küləklərlə irəliləyən qasırğanın gücünün sahilə çatanda daha da güclənə biləcəyi deyilib.

Luiziana, Alabama və Mississippi qubernatorları yardım səylərini sürətləndirmək üçün ştatlarında fövqəladə vəziyyət elan edib.

2020-ci ildə Luiziana iki qasırğa və iki tropik fırtına ilə qarşılaşıb.

Zeta bu il Atlantik qasırğa mövsümünün 27-ci, gücünə görə isə 11-ci qasırğadır.

İki həftə əvvəl Delta qasırğası, ondan altı həftə əvvəl isə Laura qasırğası Luiziana ştatında dağıntılara səbəb olmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG