Amerikada hökumət əleyhinə Boogaloo Boys kimi tanınan ifrat sağçı qruplar uzun müddətdir insanlıqdan kənar memlər, onlayn forumlar və mütəşəkkil qruplar də daxil olmaqla, zorakılığa təhrik edən bir çox taktika və platformadan istifadə edir.
Rutgers Universiteti ilə əlaqəli tədqiqatçıların yeni hesabatına görə, Corc Floydun ölümündən bəri ifrat sağçılar sosial ədalət etirazları zamanı polisə və digər hədəflərə qarşı eyni taktikaları tətbiq edir.
"Anarxo-sosialist ekstremizmin bir çox xüsusiyyəti libertarian-anarxist və cihadçı ekstremizmin sənədləşdirilmiş əsas taktikası ilə paralel təşkil edir" - deyə, "Şəbəkə ilə əlaqəli anarxiya" (Network Enabled Anarchy) başlıqlı 24 səhifəlik hesabatda bildirilib.
Hesabatda Antifa kimi ifrat solçu hərəkatların mərkəzdən kənarlaşdırıldığına və sağçı həmkarlarından daha az təhlükəli olmasına baxmayaraq, onların da dinc aksiyaları hüquq-mühafizə orqanları ilə qarşıdurmalara çevirə biləcəyi vurğulanır.
Bütün bunlar prezident Donald Tramp və baş prokuror Viliam Barrın etiraz aksiyalarındakı zorakılıqların böyük hissəsində Antifa və anarxistləri günahlandırdığına görə baş verir. Bu günə qədər Ədliyyə Nazirliyi iğtişaşlarda heç bir solçu qrupu ittiham etməyib və ekstremizm üzrə mütəxəssislər Antifadan təhdidlər olsa da, son dərəcə sağçı mütəşəkkil qrupların daha çox zoraklıq təhdidi yaratdığını deyirlər.
Hesabat sosial mediada nifrəti izləyən müstəqil qeyri-kommersiya təşkilatı Contagion Network Research Institute tərəfindən yayımlanıb.