Accessibility links

ABŞ Ali Məhkəməsi azad sözü müdafiə etdi


ABŞ Ali Məhkəməsi azad sözü müdafiə etdi
ABŞ Ali Məhkəməsi azad sözü müdafiə etdi

ABŞ Ali Məhkəməsi çıxardığı son qərarda ifadə azadlığını təsbit edən Konstitutsiyaya Birinci Düzəlişi əsas götürərək Amerika əsgərlərinin dəfnində piket keçirən kilsə qrupunu müdafiə edib.

Birinci Düzəliş ilk növbədə söz azadlığını, din azadlığını, və dinc toplaşma azadlığını müdafiə edir. Ali Məhkəmə 8-1 nisbətində Kanzasda qərargahlanan Westboro Baptist Kilsəsinin xeyrinə qərar verib. Həlak olmuş dəniz piyadasının atası oğlunun dəfn mərasimində təhqiramiz şüarlarla piket keçirən kilsəni məhkəməyə vermişdi.

Kilsə üzvləri uzun müddətdir ki, İraq və Əfqanıstanda həlak olmuş əsgərlərin dəfn mərasimlərində piket keçirərək bu halların Allahın Amerikaya homoseksualizmə görə cəzası olduğunu iddia edir.

XS
SM
MD
LG