Accessibility links

ABŞ-Azərbaycan Qurultayını Amerikanın Səsində izləyin [canlı]


Vaşinqtonda “ABŞ-Azərbaycan Əlaqələri:Gələcəyə Baxış” mövzusunda iki günlük konfrans dünən öz işinə başlayıb. Konfransın əsas hissəsi bu gün keçirilir.

Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyi münasibətilə keçirilən konfransda əsas diqqət iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərinə yönəlib.

Konfransa Azərbaycan və ABŞ tərəfdən yüksək səviyyəli nümayəndələr qatılıb. Tədbirin təşkilatçılarından biri olan Bakı-Hyüston qardaşlaşmış şəhərlər assosiasiyasının prezidenti İradə Axundovanın Amerikanın səsinə verdiyi məlumata görə, konfransda ABŞ və Azərbaycan tərəfdən siyasi liderlər, biznes sektorunun təmsilçiləri, ABŞ-ın yerli və federal hökumətinin nümayəndələri iştirak edir.

Amerikanın Səsi sizə konfransı CANLI izləmək imkanı yaradır.

Canlı Yayımın təşkilinə görə təşkilatçılara təşəkkür edirik.

XS
SM
MD
LG