Accessibility links

ABŞ azərbaycanlıları Azərbaycanın müstəqilliyi və suverenliyinə dəstək kampaniyası keçirir


ABŞ azərbaycanlıları Azərbaycanın müstəqilliyi və suverenliyinə dəstək kampaniyası keçirir
ABŞ azərbaycanlıları Azərbaycanın müstəqilliyi və suverenliyinə dəstək kampaniyası keçirir

ABŞ azərbaycanlılarının şəbəkəsi USAN İranın Azərbaycana təzyiqləri artırdığını bildirir

ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi USAN İranın Azərbaycana təzyiqləri artırdığı vaxt Azərbaycanın müstəqilliyi və suverenliyinin qorunmasına dəstək məqsədilə məktub kampaniyası keçirir.

İcma üzvlərinə göndərilən çağırış məktubunda İranın son zamanlar Azərbaycana qarşı aqressiv ritorika və təbliğat apardığı qeyd edilir. Məktubda deyilir ki, son həftələr İran və beynəlxalq ictimaiyyət arasında münasibətlərdə yaşanan gərginlik regionda ABŞ-ın müttəfiqlərinə, o cümlədən Azərbaycana öz təsirini göstərir.

Məktubda həmçinin İranda azərbaycanlıların etnik və linqvistik baxımdan ayrı-seçkiliyə məruz qalması məsələsinə toxunulur və Azərbaycanın İran əhalisinin böyük hissəsinin azərbaycanlılardan ibarət olduğunu nəzərə alaraq, özünün güclü cənub qonşusu ilə yaxşı münasibətlər saxlamağa çalışdığı deyilir.

Burada İran hökumətinin Azərbaycan ərazisində qeyri-qanuni yayımı və dini təbliğatı davam etdirmkələ yanaşı, Azərbaycana qarşı hədələrlə çıxış etməyə və qeyri-dost kimi davrandığı göstərilir.

“Buraya 2011-ci ildə noyabr ayında jurnalist Rafiq Tağının qətli və 2012-ci ildə yanvar ayında İsrailin Bakıdakı səfirliyini partlatmaq cəhdi daxildir”-deyə məktubda qeyd edilir.

ABŞ azərbaycanlılarının şəbəkəsi icma üzvlərinə müraciət edərək, regionda son inkişafları Amerika seçkili rəsmilər və media nümayəndələrinin diqqətinə çatdırmağa çağırır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG