Accessibility links

ABŞ Azərbaycanın qaz ehtiyatlarının Avropaya nəqlini dəstəkləyir


ABŞ Azərbaycanın qaz ehtiyatlarının Avropaya nəqlini dəstəkləyir
ABŞ Azərbaycanın qaz ehtiyatlarının Avropaya nəqlini dəstəkləyir

ABŞ Dövlət Katibi Hillari Klinton Bakıda açılan on yeddinci Xəzər Neft və Qaz Konfransının açılışı münasibətilə öz təbrik məktubu göndərib

ABŞ Dövlət Katibi Hillari Klinton Bakıda açılan on yeddinci Xəzər Neft və Qaz Konfransının açılışı münasibətilə öz təbrik məktubu göndərib. Məktub bu gün sərginin açılış mərasimində Dövlət Katibinin Avrasiya Enerji Məsələləri üzrə xüsusi nümayəndəsi Riçard L. Morninqstar tərəfindən təqdim edilib.

Təbrikdə deyilir ki, Azərbaycan dünya bazarlarına enerji ehtiyatlarını çatdıran vacib və etibarlı təchizatçıya çevrilib. “Azərbaycan enerji ehtiyatları ilə ticarət və sərmayə vasitəsilə insanları birləşdirən dövlətin nümunəsini təmsil edir. Azərbaycanın öz ehtiyatlarını məsuliyyətlə istismar etmək üçün götürdüyü öhdəlik sürətli iqtisadi inkişafa gətirib çıxarıb və minlərlə Azərbaycan vətəndaşı üçün peşəkar inkişaf imkanları yaradıb. Bu isə öz növbəsində, ölkənin müstəqilliyini gücləndirib. Bölgədəki qonşu dövlətlərlə, o cümlədən Gürcüstan və Türkiyə ilə sıx işləyərək Şərq-Qərb enerji dəhlizinin inkişafında uğura imza atmısınız. Sözügedən dəhlizə Bakı-Tiflis Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərləri də daxildir. Bu kəmərlər əməkdaşlıq və öhdəlik sayəsində əldə oluna biləcək yüksək zirvənin təzahürüdür. Birləşmiş Ştatlar bu kimi vacib layihələrin reallaşmasında Azərbaycanın tərəfdaşı olduğu üçün qürur duyur”, - deyə dövlət katibi qeyd edir.

Təbrikdə həmçinin bildirilir ki, ABŞ Azərbaycanın neft və təbii qaz yataqlarının işlənməsinə və enerji təchizatı marşrutlarının diversifikasiyasına dair səylərini dəstəkləyir. “Sözügedən fəaliyyətlər həm enerji hasil edən Azərbaycana fayda verəcək, həm də istehlakçı dövlətlər üçün enerji təhlükəsizliyini gücləndirəcək. Xüsusilə biz, yaxın gələcəkdə qaz ehtiyatlarının Avropaya nəqlini nəzərdə tutan cənub dəhlizinin reallaşmasında Azərbaycanın davamlı liderliyinə ümid bağlayırıq. Enerji ehtiyatlarının inkişafına təkan verən Azərbaycan, Birləşmiş Ştatlar timsalında güclü tərəfdaş tapacaq”.

XS
SM
MD
LG