Avropa Şurası Minskin Polşa-Belarus sərhədində miqrant böhranını gücləndirməklə Avropa İttifaqına qarşı başlatdığı “hibrid hücum”a cavab olaraq Belarusla viza rejiminin sadələşdirilməsi barədə sazişi qismən dayandırıb.
Avropa Şurası noyabrın 9-da bildirib ki, razılaşmanın qismən dayandırılması adi vətəndaşları təsir etməyəcək. Lakin bununla belə Belarus rəsmiləri artıq viza üçün tələb olunan sənədlər və tələblərin sadələşdirilməsindən, eləcə də viza müraciəti rüsumların ləğvindən yararlana bilməyəcəklər.
"Biz Belarusun miqrasiyadan alət kimi davamlı istifadəsini qəti şəkildə pisləyirik və rədd edirik" - deyə, Şuranın Daxili İşlər Şurasına sədrlik edən, Sloveniyanın Daxili İşlər Naziri Ales Hojs bildirib.
“Belarusun siyasi məqsədlər üçün insanların həyatı ilə oynaması qəbuledilməzdir. Bugünkü qərar davam edən hibrid hücuma qarşı mübarizəni davam etdirmək üçün birgə öhdəliyimizi bir daha vurğulayır" - deyə, o əlavə edib.
Qərar Polşanın noyabrın 9-da Belarus tərəfdəki miqrantların Aİ ölkəsinə daxil olmaq üçün hasardan keçməyə cəhd etməsindən sonra Belarusla sərhədi boyunca keçidlərin bağlamasının ardınca verilib.
Polşanın baş naziri Mateusz Morawiecki noyabrın 9-da Twitter-də yazıb ki, miqrant böhranı səbəbindən “bütün Aİ-nin sabitliyi və təhlükəsizliyi təhlükə altındadır”. Bu vəziyyət 4000-ə yaxın miqrantı Polşa-Belarus sərhədini çıxılmaz hala salıb.