Accessibility links

ABŞ-da ərəb və fars dillərinə maraq artır


ABŞ-da ərəb və fars dillərinə maraq artır
ABŞ-da ərəb və fars dillərinə maraq artır

Əgər ABŞ-da əvvəllər xarici dil kimi ispan və ya fransız dillərinə maraq göstərilirdisə, indi ərəb və fars dilləri mühüm hesab edilir

Əgər ABŞ-da əvvəllər xarici dil kimi ispan və ya fransız dillərinə maraq göstərilirdisə, indi ərəb və fars dilləri mühüm hesab edilir. Vaşintonda yerləşən Yaxın Şərq Institutu fars, ərəb, dari və ivrit dillərində fərdi dərslər təşkil edir. Yaxın Şərq Institutu son bir neçə il ərzində şərq dillərinə marağın 3 dəfə artdığını bildirir.

Müasir Dillər Assosiasiyasının bildirdiyinə görə, ərəb və fars dilləri öyrənmək istəyənlərin sayı az idi. Lakin indi bu göstərici artmağa başlayıb. 2002-2006-cı illər ərzində ərəb dili siniflərinə müraciət edənlərin sayı 125, fars dilinə isə 75 faiz artıb. Həmin müddət ərzində digər dil kurslarına 13 faizdən az insan yazılıb.

Şərq dillərinə maraq nəyə görə artıb? İnternet iş provayderləri bu suala belə cavab verir-“ABŞ-da ərəb və fars dili bilənlər üçün iş yerləri artıb. Think tanklər, məsləhət firmaları, federal hökumət və orduda tərcüməçi və ya kəşfiyyat analitikləri kimi yerlər dil tələb edir”.

Amerikada Çin, hindi kimi dillərlə yanaşı hökumət məhz ərəb və fars dilinin əhəmiyyətini xüsusi qeyd edir. 2008-ci ildə məktəblər və kolleclərdə xarici dil kursları iki dəfə artırılıb. 2008-ci ilin məlumat bazasına əsasən, ərəb və fars dillərində ali təhsil alan insanların sayı cəmi 13 nəfər idi.

XS
SM
MD
LG