Accessibility links

ABŞ-da uşaq pornoqrafiyası şəbəkəsi ilə əlaqəsi olan 72 nəfərə qarşı ittiham irəli sürülüb


ABŞ-da uşaq pornoqrafiyası şəbəkəsi ilə əlaqəsi olan 72 nəfərə qarşı ittiham irəli sürülüb
ABŞ-da uşaq pornoqrafiyası şəbəkəsi ilə əlaqəsi olan 72 nəfərə qarşı ittiham irəli sürülüb

ABŞ-da uşaq pornoqrafiyası şəbəkəsi ilə əlaqəsi olan 72 nəfərə qarşı ittiham irəli sürülüb. Amerikanın baş prokuroru Erik Holder və daxili təhlükəsizlik naziri Canet Napolitano tərəfindən itthamnamələr bu gün irəli sürülüb. Holder deyib ki. Ittihamnamələr uşaqları istismar edənlərin ədalət məhkəməsi qarşısına çıxarılcağına ciddi bir xəbərdarlıqdır. O, Deledo əməliyyatı kimi tanınan təhqiqiatın dünyada yüzlərlə insanı hədəf aldığını deyib. Baş prokuror bildirib ki, "Dreamboard" şəbəkəsi uşaq pornoqrafiyasını yaymaqla yanaşı, insanları pornoqrafiya videoları hazırlamağa təşviq edir. Videolarda göstərilən uşaqların bəziləri körpələrdir. İndiyədək 13 adam günahkar olduğunu etiraf edib. Onlardan 4-ü 20 ilə 30 il müddətinə azadlıqdan məhrum edilib. Ittihamlarla üzləşənlərin 52-si 14 ölkədə nəzarət altına alınıb. Təhqiqat 2009-cü ilin dekabr ayından davam edir.

XS
SM
MD
LG