Accessibility links

ABŞ-da Zeta cinayət qrupu ilə əlaqəsi olmaqda şübhəli bilinənlər ələ keçirilib


ABŞ-da Zeta cinayət qrupu ilə əlaqəsi olmaqda şübhəli bilinənlər ələ keçirilib
ABŞ-da Zeta cinayət qrupu ilə əlaqəsi olmaqda şübhəli bilinənlər ələ keçirilib

ABŞ-ın hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, İllinoys ştatının Çikaqo və Texas ştatının Laredo şəhərlərində keçirilən reydlər zamanı Meksikanın narkotik qaçaqmalçılığı ilə məşğul olan Zeta cinayətkar şəbəkəsinin 13 üzvü həbs edilib. Rəsmilər bununla Meksika ilə ABŞ arasında milyonlarla dollar məbləğində narkotik mal daşınmasında məsuliyyət daşıyan Zeta-nın Çikaqodakı qərargahının üzvləri də olamqla, 20 nəfərin ələ keçirildiyini bildirib. Məlumatda iki il müddətində aparılan təhqiqatlar zamanı təxminən 13 milyon dollar nağd pul və 250 kq kokainin ələ keçirildiyi bildirilir. rupun lideri olduğu guman edilən Eduardo Treviono da daxil edilməklə, hələ də beş şübhəlinin axtarıldığı deyilir.

XS
SM
MD
LG