Accessibility links

ABŞ dövlət katibi Qafqaz səfərini Gürcüstanda davam etdirir


ABŞ dövlət katibi Hillari Klinton Rusiyanın hərbi qüvvələrini Gürcüstanın iki separatçı respublikalarından çıxarmaq çağırışlarını yenidən səsləndirib. Klinton bu gün Gürcistan lideri ilə Batumi şəhərində təhlükəsizlik və siyasi məsələlərə dair danışıqlar əsnasında bu məsələyə toxunub. Xanım Klinton ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə mətin dayanacağını deyib.

Rusiya qoşunları 2008-ci ildə Gürcüstanla Rusiya arasında qısa müddət davam edən müharibədən sonra Gürcüstanın tərkibindən çıxaraq müstəqillik elan edən Abxaziya və Cənubi Osetiya vilayətlərində qalmaqda davam edir. Beynəlxalq ictimayyət Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımır.

XS
SM
MD
LG