Accessibility links

ABŞ dövlət katibi Hillari Klinton İlham Əliyevlə görüşüb (FOTOLAR)


AzərTAc-ın məlumatına görə, prezident İlham Əliyev iyunun 6-da ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul edib. Dövlət katibinin Azərbaycana səfərindən məmnunluğunu bildirən prezident bunu iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunan İlham Əliyev ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

Hillari Klinton ölkəsinin Azərbaycanla sıx və strateji tərəfdaşlıq əlaqələrinin olmasını məmnunluqla qeyd edib, Azərbaycanın regionda mühüm rolunu vurğulayıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, iki ölkənin enerji və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra prezident İlham Əliyevin adından Hillari Klintonun şərəfinə lanç verilib.

(Xəbərdəki bütün fotolar Reuters xəbər agentliyinə məxsusdur)

XS
SM
MD
LG