Accessibility links

İsrail və Fələstin liderləri arasında sülh danışıqları keçirilib


Bu günkü görüş zamanı Cənab Netanyahu İsrailin Fələstinlilərdən təhlükəsizlik və İsrail dövlətinin mövcudluğunun daimi olaraq tanınması üçün zəmanət tələb edib. Fələstin prezidenti Mahmud Abbas isə Fələstinlilərin ədalətli bir sülh müqaviləsi arzusunu bildirməklə İsraili yeni yaşayış yerlərinin tikilməsini dayandırmağa və Qəzzanın blokadasına son qoymağa çağırıb.

İsrail və Fələstin liderlərinin iki ilə yaxın bir zamandır ilk görüşü bu gün Washingtonda keçirilib və iki lider danışıqların ikinci raundunu sentyabrın ortalarında keçirməyə razılıq veriblər. ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Corc Miçel baş nazir Netanyahu və Fələstin prezidenti Abbas arasındakı görüşün məhsuldar olduğunu söyləyib. O qarşı da çox çətin məsələlərin olduğunu qəbul etməklə yanaşı iki liderin qarşılıqlı etimad yaradılması üçün əməkdaşlıq etməyə razılıq verdiklərini xatırladıb. Cənab Netanyahu görüşdəki çıxışında İsrail və Fələstinlilər arasında daimi bir sülh üçün iki tərəfin də çox çətin güzəştlərə getməsinə ehtiyac olduğunu söyləyib, İsrailin Fələstinlilərdən təhlükəsizlik və İsrail dövlətinin mövcudluğunun daimi olaraq tanınması üçün zəmanət tələb edib. Fələstin prezidenti Mahmud Abbas isə Fələstinlilərin ədalətli bir sülh müqaviləsi istədiqlərini bildirməklə İsraili yeni yaşayış yerlərinin tikilməsini dayandırmağa və Qəzzanın blokadasına son qoymağa çağırıb.

ABŞ dövlət katibi Hillari Klinton İsrail və Fələstin liderləri arasında son iki ildə ilk birbaşa sülh danışıqlarına ümidlə yanaşdığını deyib. Xanım Klinton ümidlərini Dövlət Departamentində təşkil edilən mərasimdə dilə gətirib.İsralin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbas arasında bu görüş onların ABŞ prezidenti Barak Obama ilə müzakirələrindən bir gün sonra keçirilir.Yaxın Şərqin hər iki lideri sülh səylərinin davam etdiriləcəyinə vəd versələr də, prezident Obama isə sülhün dərhal əldə ediləcəyinə ehtiyatla yanaşır.

XS
SM
MD
LG