Accessibility links

ABŞ dövlət katibi Ramallah şəhərində Fələstin prezidenti Mahmud Abbasla görüş keçirib


ABŞ dövlət katibi bu gün İordan çayının qərb sahilinin Ramallah şəhərində Fələstin prezidenti Mahmud Abbasla görüş keçirib. Hillari Klinton bildirib ki, Amerika müstəqil, suveren və yaşamaq qabiliyyətinə malik olan Fələstin dövlətinin yaradılmasına əsas verəcək sülh prosesini dəstəkləyir

ABŞ dövlət katibi bu gün İordan çayının qərb sahilinin Ramallah şəhərində Fələstin prezidenti Mahmud Abbasla görüş keçirib. Hillari Klinton bildirib ki, Amerika müstəqil, suveren və yaşamaq qabiliyyətinə malik olan Fələstin dövlətinin yaradılmasına əsas verəcək sülh prosesini dəstəkləyir. ABŞ dövlət katibi Hillari Klinton Misirdə İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla danışıqlara Misirin Qırmızı dəniz kurort şəhəri Şərm Əl-Şeyxdə başlayıb. 3 gün sürən müzakirələr dünən Qüdsdə davam etdirilib. Amerikanın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel müzakirələri ciddi və əsaslı adlandıraraq, yəhudi yaşayış məntəqələrinin inşasının dayandırılması sahəsində tərəqqi əldə edildiyini bildirib.

XS
SM
MD
LG