Accessibility links

ABŞ dövlət katibinin müavini Pekində görüşlər keçirib


ABŞ dövlət katibinin müavini Pekində görüşlər keçirib
ABŞ dövlət katibinin müavini Pekində görüşlər keçirib

Staynnberq Çinin xarici məsələlərə dair qanunvericisi Dai Binqquo ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib

Dövlət katibinin müavini Ceyms Staynnberq ABŞ rəsmilərindən ibarət bir qrup nümayəndə ilə bərabər bu gün Pekinə gəlib. O, Çinin xarici məsələlərə dair yüksək səviyyəli qanunvericisi Dai Binqquo ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib.

ABŞ səfirliyi Pekində ABŞ nümayəndələri ilə Çin rəsmiləri arasında keçirilən görüşün Koreya yarımadasındakı vəziyyətlə bağlı müzakirələri əhatə etdiyi haqda qisa məlumat verib. Səfirlik bildirir ki, cənab Staynberq prezident Barak Obama və Hu Cintaonun ümumi baxışlarının həyata keçirilməsi və müsbət ABŞ-Çin münasibətləri qurma səyləri yönümündə dəyərli məsləhətləşmələr aparıb.

XS
SM
MD
LG