ABŞ elçisi Stefen Bosvort Şimali Koreya ilə gərginlikləri müzakirə etmək üçün Cənubi Koreyadadır. Amerika diplomatının görüşləri regional qüdrətlərin Koreya yarımadasında böhranı aradan qaldırmaq üçün göstərdiyi intensiv səylərlə üst-üstə düşür. "Biz Şimali Koreya ilə məsələləri yoluna qoymaq üçün mövqelərimizi koordinasiya edirik və məsləhətləşirik"- deyə, cənab Bozvort bildirib.
Cənab Bosvort çəşənbə günü Cənubi Koreya xarici işlər naziri Kim Sunq-hvanla və baş nüvə elçisi Vi Sunq-lakla görüşəcək. Cənab Bosvort həmçinin Çinə və Yaponiyaya gedəcək.