Accessibility links

Məşhurlar: Rassell Brend "Spice Girl" qrupundan Qeri Hallivell-ə vurulub


Rassell Brend deyilənə görə başqa bir qadınla görüşməyə başlayıb. Qeri Hallivell və Keyti Perrinin keçmiş həyat yoldaşını Olimpiya oyunları mərasimində görüblər. Bundan əvvəl onlar artıq bir neçə dəfə ictimai yerlərdə bərabər görünüblər.

Bu ilin əvvəli müğənni Keyti Peridən boşanan Rasell Spice Girl musiqi qrupunun müğənnisi və onun altı yaşlı Blubell Madonna adlı qızı ilə bərabər bu yaxınlarda Hampton qəsrinə səfər edib. Onların bir neçə dəfə görüşməsinə baxmayaraq, Rassell Qeriyə məhz Olimpiya oyunları zamanı aşıq olduğunu etiraf edib.

Komik aktyor deyilənə görə Qeri ilə münasibət yaratmaq üçün keçmiş sevgilisi İzabella Brevsterlə münasibətlərini dayandırıb. The Sun jurnalına istinadən onlar arasında münasibətlər getdikcə ciddiləşir.

Lakin Hallivelə yaxın olan başqa bir mənbə onların sadəcə dost olduğunu deyərək əlavə edib ki, ara-bir görüşlər hələ bir şey demək deyil.
XS
SM
MD
LG