Accessibility links

ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edir


ABŞ Cənubi Koreya gəmisinin batırılmasına cavab olaraq, Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edir

ABŞ Cənubi Koreya gəmisinin batırılmasına cavab olaraq, Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edir. Bu açıqlamanı bu gün ABŞ dövlət katibi Hillari Klinton Amerikanın müdafiə naziri Robert Geytslə Cənubi koreyalı həmkarları ilə görüşdən sonra Seulda verib. Xanım Klinton deyib ki, yeni sanksiyaların məqsədi rejimin silah ticarəti və nüvə proqramının maliyyələşdirilməsi kimi qanunsuz fəaliyyətlərinə mane olmaqdan ibarətdir.ABŞ dövlət katibi sanksiyaların Şimali Koreya xalqına qarşı nəzərdə tutulmadığnı bildirib. Tərəflər Pxenyana Seula qarşı təcavüz cəhdlərinin nəticəsiz qalmayacağı barədə xəbərdarlıq mahiyyəti daşıyan birgə bəyanat qəbul edib.

XS
SM
MD
LG