Accessibility links

ABŞ Konqresində Rusiya ilə nüvə silahları razılığı kimi bir necə mühüm məsələ nəzərdən keçirilir


ABŞ Konqresində Rusiya ilə nüvə silahları razılığı kimi bir necə mühüm məsələ nəzərdən keçirilir
ABŞ Konqresində Rusiya ilə nüvə silahları razılığı kimi bir necə mühüm məsələ nəzərdən keçirilir

ABŞ Konqresinin bugünkü sessiyası zamanı vergi ixtisarı və Rusiya ilə nüvə silahları razılığı kimi bir necə mühüm məsələ nəzərdən keçirilir. “Washington Post” qəzetinin yazdığına görə, ABŞ dövlət katibi Hillari Klinton və ABŞ müdafiə naziri Robert Geyts Amerikanın digər nüvə qüdrətləri monitor etmək kimi bir məsuliyyət daşıdığını deyərək, Senatı nüvə razılığının ratifikasiyasına çağırıb. Razılığa əsasən Rusiya və ABŞ nüvə cəbbəxanalarının üçdə iki hissəsini ixtisar etməlidir. Sənədin qüvvəyə minməsi Senatın üçdə iki hissəsinin təsdiqini tələb edir. Nüvə silahlarının ixtisarı və ya nüvə cəbbəxanasının müasirləşdirilməsi səyləri respublikaçı qanunvericilərin narahatlığı ilə qarşılanır.

XS
SM
MD
LG