Accessibility links

ABŞ Konqresinin nümayəndəsi Gabriella Giffords istefa verib


ABŞ Konqresinin nümayəndəsi Gabriella Giffords istefa verib
ABŞ Konqresinin nümayəndəsi Gabriella Giffords istefa verib

Bir il əvvəl Arizona ştatında başından güllə yarası alan ABŞ Konqresinin nümayəndəsi Gabriella Giffords istefa verib. Emosional vidalaşma mərasimi zamanı xanım Gifford deyib ki, istefasının səbəbi səhhəti ilə bağlıdır. Lakin o, ictimai sektora qayıdacağına vəd verib.
Nümayəndələr Patasında azlıq lideri , Kaliforniya ştatından demokrat Nensi Pelosi onu Konqresin parlaq ulduzu adlandırıb. Əksəriyyət lideri, respublikaçı Tim Kantor deyib ki, Giffordsun gücü və cəsarəti hər bir amerikalıya ilham bənbəyidir.
41 yaşlı qadın aldığı yaradan sağaldıqdan sonra avqust ayında federal borclara dair qanun layihəsinin səsverməsində iştirak edə bilmişdi.
Gabriella Giffordsu yaralayan və 6 nəfərin ölümünə səbəb olan Ceyrd Lofner günahsız olduğunu bildirir. Şizofreniya diaqnozu qoyulan həmin şəxs cinayət baş verən gündən bəri həbsdədir.
Öldürülənlər arasında federal hakim və 9 yaşlı qız da var. Onlarla insan xəsarət almışdı.

XS
SM
MD
LG