Accessibility links

ABŞ-la Rusiya arasında casusların mübadiləsi başa çatdı


ABŞ-la Rusiya arasında casusların mübadiləsi başa çatdı
ABŞ-la Rusiya arasında casusların mübadiləsi başa çatdı

Məhbusları daşıyan Birləşmiş Ştatlar və Rusiya təyyarələri bu gün Vyananı tərk etdi

ABŞ-la Rusiya arasında Soyuq Müharibə dövründən bəri ən böyük casusluq hadisəsinin iştirakçıları olan 14 nəfər mübadiləsi Vyanada başa çatdırıldı. Onları daşıyan Birləşmiş Ştatlar və Rusiya təyyarələri bu gün Vyananı tərk etdi. Dünən Nyu Yorkun federal məhkəməsində casusluq etdiklərini boyunlarına aldıqdan sonra ölkədən deportasiya edilən 10 rusu aparan ABŞ təyyarəsi Vyanaya bu gün səhər enmişdi.

Rusiya prezidenti Dmitri Medvedev 10 rusiyalı casusun əvəzində Birləşmiş Ştatlara casusluğa görə hökm çıxardılmış 4 nəfəri əvf etmişdir. Amerikalı 4 məhbus olan Rusiya təyyarəsi də Vyanada ABŞ təyyarəsinin yanında eyni vaxtda dayanmışdı.

Birləşmiş Ştatların Dövlət Departamentinin açıqlamasında casusluq ittihamı irəli sürülən 10 rusiyalının Birləşmiş Ştatlar həbsxanasında uzun müddət saxlanılmalarının ölkənin milli təhlükəsizliyinə heç bir təsiri olmadığı deyilir.

XS
SM
MD
LG