Accessibility links

İran təhdidlərə cavab verəcək


İran təhdidlərə cavab verəcək
İran təhdidlərə cavab verəcək

İranın ali ruhani rəhbəri Ayətulla Əli Xamneyi Qərbin İran neftinə tətbiq etdiyi sanksiyalara və hücum təhdidlərinə ölkəsinin cavab verəcəyini bildirib. İranın xəbərdarlığı ABŞ müdafiə naziri Leon Panettanın mətbuata verdiyi açıqlamasından sonraya təsadüf edib. Açıqlamada Leon Panetta İsrailin bir neçə ay ərzində İrana hücum edəcəyəindən ehtiyat etdiyini deyib.

Dünən Vaşınqton Postda çıxan məlumatda Leon Panetta İsrailin Tehranın mümkün nüvə bombası hazırlamasının qarşısını almaq üçün aprel ayında İrana hücum edəcəyindən narahat olduğunu deyib.

Xamneyinin təhdidlərə ölkəsinin cavab verəcəyi haqda çıxışı bu gün dövlət televiziyası ilə 1979-cu il İran İslam inqilabının ildönümünü mərasimində səslənib. O deyib ki, sanksiyalar İranın nüvə proqramını dayandırmasına təsir göstərməyəcək. O, eyni zamanda İsraillə üz-üzə gələcək hər bir ölkə və ya qrupu dəstəkləyəcəyini bildirib.

XS
SM
MD
LG