Accessibility links

ABŞ-ın birgə hərbi qərargahlar rəisi, admiral Mayk Müllen Türkiyənin hərbi qüvvələrinin komandanı İşık Koşanərlə görüş keçirir

Bu gün ABŞ-ın birgə hərbi qərargahlar rəisi, admiral Mayk Müllen Türkiyənin hərbi qüvvələrinin komandanı İşık Kosanerlə Ankarada görüş keçirir. ABŞ səfirliyinin bildirdiyinə görə, danışıqların müəyyən gündəliyi yoxdur

Bu gün ABŞ-ın birgə hərbi qərargahlar rəisi, admiral Mayk Müllen Türkiyənin hərbi qüvvələrinin komandanı İşık Koşanərlə Ankarada görüş keçirir. ABŞ səfirliyinin bildirdiyinə görə, danışıqların müəyyən gündəliyi yoxdur. Türkiyə rəsmiləri görüş zamanı Amerikanın hərbi təchizatının Türkiyə vasitəsi ilə İraqdan çıxarılması məsələsinin gündəmə gətiriləcəyini deyib.

Türkiyədən alınan digər bir məlumatda isə bildirilir ki, şübhəli maddələrlə dolu bağlamalar aşkar edən 6 Amerika hərbiçisi xəstəxanaya aparılıb. Onların İstanbul hava limanında bağlamaları təhvil verərkən zəhərləndiyindən şübhələnilir. Toz şəklində olan maddələrin zəhərli olub-olmamasının müəyyən edilməsi üçün onlar laboratoriyaya göndərilib. Nəticələr bir neçə gündən sonra açıqlanacaq.

XS
SM
MD
LG