Accessibility links

ABŞ-ın iki böyük şəhərində yanğınlar törədilib


ABŞ-ın iki böyük şəhərində yanğınlar törədilib
ABŞ-ın iki böyük şəhərində yanğınlar törədilib

Birləşmiş Ştatların iki böyük şəhərində həyata keçirilən yanğınların dağıntılara və narahatlqlara səbəb olduğu, lakin xəsarət alanların olmadığı xəbər verilir. Nyu York şəhəri rəsmilərin Kvins məhəlləsindəki məscidə Molotov kokteyli ilə edilən hücumu araşdırırlar. Rəsmilər qurğunun İmam Əl-Koi fondunun 80 nəfərə qədər üzvünün şam yeməyinə toplaşdığı vaxt binanın qapısında işə salındığını, buna bənzər digər hücumun isə bir az əvvəl mağazada həyata keçirildiyi bildirilir. Bazar ertəsi polis hücumların video-görüntülərini nümayiş etdirsə də, hələlik cinayətlə bağlı heç kim həbs edilməyib.

Dünən Los-Anceles şəhərində də binaların və maşınların sıradan çıxmasına və azı 2 milyon dollar məbləğində zərərə səbəb olan 50-yə qədər yanğında əli olmaqda şübhəli bilinən 24 yaşlı Harri Börhard adlı şəxsin həbs edildiyi deyilir.

XS
SM
MD
LG