ABŞ-da güclü qasırğa nəticəsində ölənlərin sayı 17-yə çatıb. Alabama ştatının rəsmiləri cümə günü tornado nəticəsində 7 nəfərin öldüyü haqda məlumat verib. Alabama qubernatoru Robert Bentli ştatda fövqəladə vəziyyət elan edib. Oklahoma və Arkanzas ştatlarında da 9 nəfərin öldüyü bildirilir. Tornado evlərin damlarını uçurub, ağacları kökündən çıxarıb, şose yollarında traktorlar və avtomobilləri aşırıb. Tornadonun Missisipi ştatında da gəldiyi xəbər verilir. Ştatda fövqəladə vəziyyət elan edilib.
ABŞ-ın müxtəlif ştatlarında tornado 17 adamın ölümünə səbəb olub(YENİLƏNİB)
- Amerikanın səsi