Accessibility links

ABŞ-ın Nümayəndələr Palatasında müvəqqəti büdcə planı səsverməyə çıxarılıb


ABŞ-ın Nümayəndələr Palatasında müvəqqəti büdcə planı səsverməyə çıxarılıb
ABŞ-ın Nümayəndələr Palatasında müvəqqəti büdcə planı səsverməyə çıxarılıb

ABŞ-ın Nümayəndələr Palatasında mart ayının 18-dək hökumət xərclərini nəzərdə tutan müvəqqəti büdcə planı səsverməyə çıxarılıb. ABŞ-ın Nümayəndələr Palatasının respublikaçı əksəriyyəti federal hökumətin bağlanmasına yol verməmək üçün qısamüddətli məsrəf planı barədə razılıq əldə edib. Respublikaçıların planı 4 milyard dollarlıq ixtisarı nəzərdə tutur.Bu plan mart ayının 4-də büdcə müddətinin başa çatmasından sonra federal hökumətinin işinin dayandırılmamasına yardım edəcək. Büdcə ili oktyabr ayının 1-də başlamalıdır. Lakin Konqres büdcəni hələ ki, təsdiq etməyib. Nəzərdən keçirilən büdcə planında 60 milyard dollarlıq məsrəf ixtisarı nəzərdə tutulur. Demokratlar sosial təminat proqramları, səhiyyə fondları və ətraf mühitin mühafizəsi agentliklərinin büdcə ixtisarının əleyhinə çıxış edir.

XS
SM
MD
LG