Accessibility links

ABŞ-ın Nümayəndələr Palatasının spikeri ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılmasına qoyulan möhləti sual altına alıb

ABŞ-ın Nümayəndələr Palatasının spikeri prezident Obamanın ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılmasına qoyduğu möhləti sual altına alıb. Respublikaçı Con Beyner deyib ki, Obama administarsiyası 2014-cü ilin sonunadək qüvvələrin o ölkədən çıxarılması prosesinə aydınlıq gətirməlidir.O, bu bəyanatı Əfqanıstanda prezident Həmid Karzay, NATO və ABŞ qüvvələrinin o ölkədəkə hərbi komandanı, general Deyvid Petreasla görüşlərindən sonra verib. Deyvid Petreasla görüşündən sonra ABŞ-ın Nümayəndələr Palatsının spikeri deyib ki, ABŞ komandanı təhlükəsizlik imkanlarının zəif olduğunu bildirib. Con Beyner Əfqanıstan və Pakistana səfər edən ABŞ-ın hər iki partiyasının üzvlərindən ibarət nümayəndə heyətinə başçılıq edir.

XS
SM
MD
LG