Accessibility links

ABŞ-ın Pakistandakı səfirliyi fəaliyyətini bərpa edib


ABŞ-ın Pakistandakı səfirliyi fəaliyyətini bərpa edib
ABŞ-ın Pakistandakı səfirliyi fəaliyyətini bərpa edib

ABŞ Pakistandakı səfirliyi fəaliyyətini bərpa etsə də, iki şəhərdə olan konsulluq hələ də qapalı olaraq qalır. Səfirlik və konsulluqlar Üsama bin Ladenin öldürülməsi ilə potensial təhlükə səbəbilə dünən qapadılmışdı.

ABŞ-ın İslamabaddakı səfirliyindən bildirilib ki, Kəraçidəki konsulluq da fəaliyyətini bərpa edib. Pişəvər və Lahordakı konsulluqlar isə fəaliyyətini bərpa etməsə də, Amerika vətəndaşları üçün təcili xidmətləri həyata keçirir.

ABŞ Dövlət Departamenti xaricdə yaşayan və ya xaricə səfər edən amerikalıları Üsama bin Ladenin ölümündən sonra sayıq olmağa çağırır.

Dünən açıqlanan səyahət xəbərdarlığında deyilir ki, terrorçu liderin ölümü bəzi yerlərdə amerikalılar əleyhinə zorakılıq hallarının artmasına səbəb ola bilər.

Xəbərdarlıqda təhlükəli yerlərdə olan ABŞ vətəndaşlarının evlərdən və otellərdən çıxmalarını mümkün qədər məhdudlaşdırmaları, kütləvi toplantılardan və nümayişlərdən uzaq durmaları tövsiyə olunur.

XS
SM
MD
LG