Accessibility links

ABŞ-ın Paksitanda raket hücumu nəticəsində 5 alman yaraqlı öldürülüb


ABŞ-ın Paksitanda raket hücumu nəticəsində 5 alman yaraqlı öldürülüb
ABŞ-ın Paksitanda raket hücumu nəticəsində 5 alman yaraqlı öldürülüb

Pilotsuz təyyarə atdığı iki raket Şimali Vəziristanın Mir Əli şəhərində bir binanı vurub

Pakistan rəsmiləri deyir ki, ölkənin qəbilələr yaşayan şimal-qərb regionunda ABŞ-ın raket hücumu nəticəsində 5 alman olmaqla 6 yaraqlı öldürülüb. Rəsmilərin sözlərinə görə, pilotsuz təyyarə atdığı iki raket Şimali Vəziristanın Mir Əli şəhərində bir binanı vurub. Bu regiondan olan yaraqlıların adı Böyük Britaniya, Fransa və Almaniyanın bir neçə böyük şəhərində hücum həyata keçirməyi planlaşdıranlar arasındadır. Dünən İsveç də Avropada terro hücumları barədə vətəndaşlarına xəbərdarlıq edən Yaponiya, Britaniya və ABŞ-a qoşulub. Birləşmiş Ştatlar Əl-Qaidə və Taliban yaraqlılarını hədəf alan hücumlarını artırıb. Belə ki, sentyabr ayında 21 hücum həyata keçirilib.

XS
SM
MD
LG