Accessibility links

ABŞ prezidenti Barak Obama enerji iqtisadiyyatına keçid prosesinin sürətləndiriləcəyini bildirib


ABŞ prezidenti Barak Obama enerji iqtisadiyyatına keçid prosesinin sürətləndiriləcəyini bildirib
ABŞ prezidenti Barak Obama enerji iqtisadiyyatına keçid prosesinin sürətləndiriləcəyini bildirib

ABŞ dövlət başçısı plan çərçivəsində iki günəş enerjisi şirkətinin 2 milyard dollarlıq vəsaitlə təmin edəcəyini bildirib

Həftəlik radio müraciəti zamanı cənab Obama deyib ki, enerji iqtisadiyyatına keçid prosesinin sürətləndirilməsinin məqsədi sənaye müəssisələrinin gələcəyini təmin etməkdir. ABŞ dövlət başçısı Energetika Nazirliyinin iqtisai dirçəliş planı çərçivəsində iki günəş enerjisi şirkətinin 2 milyard dollarlıq vəsaitlə təmin edəcəyini bildirib. Bunlardan biri Arizona ştatında inşa ediləcək dünyanın ən böyük günəş enerjisi zavodu olacaq. Prezident bu layihənin minlərlə iş yerinin açılmasına və on minlərlə evin təmiz enerji ilə təmin edilməsinə xidmət edəcəyini deyib.

Prezident Barak Obama 22 ay davamlı şəkildə işzisliyin artdığını desə də, özəl sektorda son 6 ayda yeni iş yerlərinin açıldığını bildirib. Amerikanın Əmək Nazirliyinin hesabatına görə isə iyun ayının son həftəsi işsizlərin sayı 472 000-ə yüksəlib.

XS
SM
MD
LG