Accessibility links

ABŞ prezidenti BMT-nin Baş Assambleyasının illik sessiyasında çıxış edib


ABŞ prezidenti BMT-nin Baş Assambleyasının illik sessiyasında çıxış edib
ABŞ prezidenti BMT-nin Baş Assambleyasının illik sessiyasında çıxış edib

Bu gün BMT-nin Baş Assambleyasının illik sessiyasında ABŞ prezidenti Barak Obama çıxışını Liviya xalqına dəstək nümayiş etdirməklə başlayıb. Prezident administrasiyasının azad, demokratik və parlaq gələcək quran Liviya xalqına dəstək verəcəyini deyib. Barak Obama Liviyanın Milli Keçid Şurasının rəhbəri Cəlil və baş nazir Cibrilə Liviyanın bu anı yaşatmasına yardım etdiklərinə görə təşəkkürünü bildirib. O, Liviya xalqının 40 ildən artıq sürən qaranlıqdan sonra yeni bir eraya başladığını deyib.

ABŞ dövlət başçısı Liviya xalqının televiziya, radio, qəzet , şəxsi bloqlar və ictimai yerlərdə səsini ucaltdığını, siyasi partiyalar və vətəndaş cəmiyyəti yaratdığını, öz universal hüquqlarını müdafiə etdiyini vurğulayıb. Barak Obama qeyd edib ki, indi Liviyanın bayrağı BMT-yə üzv ölkələrin bayraqları ilə bərabər dalğalanır. Prezident bildirib ki, Liviyanın azadlığı Liviya xalqına-tanklar, silahlıq qüvvələr qarşısına çıxan qadın, kişi və uşağa məxsusdur. O, Liviyanın təhlükəsizliyinin təminat altına alınması, humanitar yardımlar və demokratiyaya dinc keçid yolunda dost və tərəfdaşlara malik olduğunu deyib.

ABŞ dövlət başçısı ədalətsizliyə qarşı mübarizədə birlik nümayiş etdirən Liviyanı beynəlxalq ictimaiyyətə nümunə adlandırıb. O deyib ki, dünyada baş verən ədalətsizliklərə hər zaman müdaxilə etmək mümkün olmur. “Lakin günahsız insanların qətlə yetirilməsinə yol verməmək üçün birliyə ehtiyac var. Bu dəfə fərqli idi, biz cəsarətimizi toplayıb , bərabər hərəkət etdik”-deyə Barak Obama sözünə davam edib. “Köhnə rejimlərin terror kampaniyaları, demokratiyaya hədələri bizi birləşmiş millətlər kimi sanksiyalar, embarqolar və qətnamələr qəbul etməyə vadar etdi”.

ABŞ dövlət başçısı deyib ki, nailiyyətin əsasını çoxmillətli səylər təşkil edib. “Amerika həlledici rolundan qürur duyur. Lakin Ərəb Liqasının münasibəti, NATO-nun hərbi kampaniyası, Böyük Britaniya, Fransa, Danimarka və Norveç kimi Avropa müttəfiqlərinin rolu unudulmamalıdır. Barak Obama bildirib ki, 21-ci əsrdə beynəlxalq ictimaiyyət birgə çalışmalı, dövlətlər qlobal problemlərin həllində yaxından iştirak etməlidir. ABŞ prezidenti əlavə edib ki, köhnə rejimin qalıqları hələ də mübarizələrini davam etdirir. “Ağır günlər qabaqdadır. Lakin bircə şey aydındır ki, Liviyanın gələcəyi xalqın əlindədir”.

Barak Obama ABŞ-la Liviya arasında diplomatik münasibətlərin bərpa edildiyini bildirib. O, ən mühüm məsələnin təhlükəsizlik olduğunu vurğulayıb. “Nə qədər ki, Liviya xalqı təhlükədədir, NATO onun müdafiəsində duracaq. Köhnə rejim arxada qaldı. İndi silahları yerə qoyub, yeni Liviyaya qoşulmaq vaxtıdır”. ABŞ prezidenti Barak Obama beynəlxalq yardımlar, demokratiyaya dinc keçidin təminat altına alınmasının vacibliyini önə çəkib.

XS
SM
MD
LG