Accessibility links

Obama:"İran probleminin diplomatik yolla həllinə üstünlük veririk, lakin heç bir variantı istisna etmirik"


Барак Обама
Барак Обама

ABŞ Prezidenti Barak Obama İsrailin İranın nüvə obyektlərinə hücum edib-etməmək haqda hələlik qərar vermədiyinə inandığını deyib.

Dünən NBC kanalına verdiyi müsahibədə cənab Obama bildirib ki, Birləşmiş Ştatlar və İsrail İranla bağlı məsələnin diplomatik həlli yollarını nəzərdən keçirəcək. İsrail rəsmiləri nüvə silahına malik İranın ölkəyə təhlükə yaratdığını deyir. Bunun əsas səbəbi İran liderlərinin İsrail dövlətinin məhvinə çağırması ilə bağlıdır.

Cənab Obamanın sözlərinə görə, İran körfəzində hər hansı yeni hərbi əməliyyat bütünlüklə region üçün təhlükə yaradır. O, yeni münaqişənin ABŞ-a və neft qiymətlərinə güclü təsir göstərə biləcəyini deyib. Prezident Obama qeyd edib ki, ABŞ-ın hələ də İranla sərhəddə yerləşən Əfqanıstanda qoşunları var. O, məsələnin diplomatik yolla həll edilməsinə üstünlük verdiyini, lakin bunun yeganə yol olmadığını bildirib. "Biz İranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik"- deyə ABŞ prezidenti bildirib.

XS
SM
MD
LG