Accessibility links

Amerika qadınların rolunun artırılması səylərini davam etdirir


Qadınların təhsili, səhiyyəsi və işlə təmin edilməsinə sərmayə qoyan ölkələr daha yaxşı nəticələr əldə edir. Bu, ABŞ dövlət katibi Hillari Klintonun sözləridir. Məhz buna görə ABŞ Dövlət Departamenti qadını Amerikanın xarici siyasətinin təməl daşı hesab edir. Diplomatlar və inkişaf ekspertləri qadınlara bizneslər açması, qızların təhsil alması, qadınların sülh müzakirələri və seçkilərdə rolunun artırılması yolunda səylərini artırıb. Bu isə öz növbəsində qadınlara qarşı ayrı-seçkilik və müharibə taktikası kimi onların zorlanmasına diqqət yetirilməsi deməkdir. Hillari Klinton deyib ki, bu kimi zorakılıqlara son qoyulmayınca biz rahatlıq tapmayacağıq.

Ötən ilin dekabr ayında Amerikada Qadınlarla bağlı Milli Hərəkat, Sülh və Təhlükəsizlik Planı qəbul edilib. Planda qadınların dünya miqyasında rolunun artırılması və qadın fəalların treyninqi nəzərdə tutulur. ABŞ bundan əlavə Sudanda zorlamalara məruz qalan qadınlar üçün travma mərkəzlərinın açılmasına dəstək verir. O ölkədə Amerika qadınların hüquqi və iqtisadi xidmətlərlə təmin edilməsinə, Konqoda gender əsasında təzyiqlərə yol verilməməsinə çalışır.

Əfqanıstan, İraq, Sudan, Yaxın Şərq və Şimali Afrika ölkələri siyasi keçid dövrünü yaşayır. Amerika o ölkələrin yerli strategiyalarını inkişaf etdirməsinə, qadınların siyasi, iqtisadi və sosial sahələrdə rolunun artırılmasına yardım göstərir.

ABŞ dövlət katibi deyib ki, Birləşmiş Ştatlar Yaxın Şəqr və Şimali Afrika inqilablarından narahatdır. ”Bu ölkələr vədlərinə əməl etməməklə yanaşı, qadınları risk altına alır. Əsasən Qahirənin Təhrir meydanı olmaqla, biz qadınların inqilabların ön sırasında getdiyinin şahidi olduq. Onlar yürüşlərdə iştirak etməklə yanaşı, bloqlar, Tweeter vasitəsi ilə oğulları və qardaşları ilə bərabər həyatlarını təhlükəyə atıb. Lakin çox hallarda onlar inqilabdan sonra yeni demokratiyadan istifadə etmək hügugundan məhrum edilir. ”

Yaxın Şərq də daxil edilməklə, dünyanın hər yerində qadınlar öz müqəddəratlarını müəyyən etmək hüququna malikdir. “Kişi və qadınların bərabər .şəkildə Allahın bəxş etdiyi imkanlardan istifadə etməsi Amerikanın missiyasının bir hissəsidir,”

XS
SM
MD
LG