Accessibility links

ABŞ İrana qarşı maliyyə sanksiyaları ilə bağlı bəzi istisnalar edib


ABŞ İrana qarşı maliyyə sanksiyaları ilə bağlı bəzi istisnalar edildiyini bildirib. Bunlar İrandan neft idxalını ciddi şəkildə azaldan ölkələrə şamil edilir. Bu ölkələrə Hindistan, Malayziya, Cənubi Koreya, Şri-Lanka, Türkiyə və Tayvan daxildir.

Bu istisnalar Yaponiya və Avropa İttifaqına üzv 10 ölkəyə mart ayında şamil edilmişdi. Bu ölkələrin iyun ayının 28-də qüvvəyə minəcək əlavə sanksiyalarla əlaqəsi olmayacaq.
Obama administrasiyası sanksiyaların İran hökumətinin neft satışından gəlir əldə etməsinə mane olduğunu bildirir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin bildirdiyinə görə, gündəlik neft ixracı 700 min barrel azalıb.

ABŞ dövlət katibi Hillari Klinton deyib ki, İranı mübahisəli nüvə proqramı ilə bağlı gələn həftə Moskvada keçiriləcək müzakirələrdən bir imkan kimi istifadə etməyə çağırıb.

XS
SM
MD
LG