Accessibility links

ABŞ rəsmisi Seulda Şimali Koreyaya qarşı yeni sanksiyaları müzakirə edir


Yeni sanksiyalar Pxenyanı təhrikedici fəaliyyətlərindən yayındırmağı nəzərdə tutur

ABŞ-ın yüksək vəzifəli diplomatı deyir ki, Şimali Koreyaya qarşı yeni sanksiyalar onu təhrikedici fəaliyyətlərindən yayındıqmaq və ölkə liderlərinin nüvə silahı proqramına son qoymasının təşviqini nəzərdə tutur. Dövlət Departamentinin xüsusi müşaviri Robert Aynhorn bu gün Seulda Cənubi Koreya rəsmiləri ilə görüşərək dövlət katibi Hillari Klintonun iki həftə əvvəl bəyan etdiyi yeni maliyyə sanksiyalarını müzakirə edib. Eynhorn Seulda jurnalistlərə bildirib ki, Cənubi Koreya və ABŞ beynəlxalq təhlükəsizliyə Şimali Koreya və İranın hədələrinə cavab vermək üçün yaxından əməkdaşlıq etməlidir.

XS
SM
MD
LG