ABŞ Ərzaq və Dərman Administrasiyası bu həftə genetik modifikasiya edilmiş qızıl balığının istehlaka buraxılmasını müzakirə edir. Təxminən 50 nümayişçi bu yaxınlarda Ağ Evin həyətində toplaşmışlar. Onlar Ərzaq və Dərman Administrasiyasının qızılbalığın Akva Bounty Technologies tərəfindən inkişaf etdirilməsi üçün genetik modifikasiya qərarını təsdiqləməməsini istəyirlər. Venonah Havter Ərzaq və Suya nəzarət qrupunun rəhbəridir. Venonah Havter: Nəyə görə onlar üç tədqiqata çox az nümunələrdən isdtifadə edirlər. Bu məlumatlar ictimayyətin nəzərinə çatdırılmır, və tədqiqatlardan biri 19 ilin tədqiqatıdır. Ərzaq təhlükəsizliyi ümumiyyətlə nəzərə alınmayıb. AquaBounty-nin prezidenti Ronald Stotiş deyir ki, yeni balıq təhlükəsizdir, və bu balığa təlabat boyükdür. Qızıl balıq ABŞ-da üçüncü ən məhşur balıq növüdür, və ötən il ABŞ-ın bu balıq növünün xaricə idxalı milyard dollar edib. AquaBounty Technologies Atlantik qızıl balığının və başqa iki balığın artım genlərini birləşdirərərk yeni balıq yaradıb. Nəticədə modifikasiya olunmuş balıq əsil modifikasiya edilməmiş balıqdan iki dəfə böyükdür. Ərzaq və Dərman Administrasiyasının elmi məsləhətçiləri yeni balıq növü barədə hələki narazılıq bildirməyiblər. Lakin ərzaq təhlükəsizliyi naratlığından başqa, opponentlər modifikasiya olunmuş balıqların balıq təsərrüfatında təbii balıqları bir dəfəlik aradan qaldıra biləcəyindən narahatdırlar. Onlar Aqua Bounty-nin balıqlarının artımsız olduğunu, yenidən yaradıla bilməyəcəyini və daxili fermalarla məhdudlaşacağını bildirb. Genetik modifokasiya edilmiş qızıl balıq eyni zamanda başqa bir potensial maneə ilə üzləşir - ehtiyatlı istehlakçılar. Lakin Biotexnologia Sənaye Təşkilatının nümayəndəsi Deyvid Edvards bildirib ki, genetik modifikasiya edilimiş ərzağa dair hər hansısa etimadsızliğın qarşısı alına bilər. Deyvid Edvards: Bu sadəcə olaraq yeni texnalogiyadır. İctimayyət bu barədə məlumatlana bilər, ictimayyət bu balıq növünün dadına baxa bilər, Düşünürəm ki, ictimayyət bu balıq növünü bəyənəcək. Və Edvards deyir ki, o təhlükəsizlik baxımından narahat deyil. Deyvid Edvards: Əgər Ərzaq və Dərman Administrasiyası onun təhlükəsiz olduğunu bəyan etsə, və məlumat göstərir ki, bu belə də olacaq, onda mən o balıq növünü alıb yeyəcəm. Ərzaq və Dərman Administrasiyasının növbəti ay bu qərarı qəbul edəcəyi gözlənilir. Qərar təsdiqlənərsə Aqua Bounty-nin qızıl balıqları iki ildən sonra bazara çıxarılacaq.