Accessibility links

ABŞ Senatında Azərbaycana səfirin təyinatı ilə bağlı dinləmə keçirildi


ABŞ Senatının Xarici Əlaqələr Komitəsində ABŞ-ın Azərbaycana səfir təyinatına dair dinləmə keçirildi. Dinləmələrə komitənin üzvü, senator Cin Şahin sədrlik edirdi. Dinləmədə habelə senatorlar Con Kerri, Riçard Luqar, Benjamin Cardin, Cim Menendez və Con Barraso iştirak edirdilər.

Qanunvericilər səfir qismində nominasiya edilmiş Dövlət Departamentinin Avrasiyada Enerji Məsələləri üzrə xüsusi elçisi Riçard Morningstara ABŞ-ın Azərbaycandakı siyasəti ilə bağlı bir sıra suallar ünvanladılar. Onlar Azərbaycanda demokratik islahatlar, insan haqlarının durumu, Azərbaycanın NATO ilə əməkdaşlığı və müştərək enerji layihələri barədə bir sıra məsələlərə aydınlıq gətirməyə çalışdılar.

Cənab Morningstar ABŞ-ın Azərbaycanla bağlı siyasətində təhlükəsizlik, enerji əməkdaşlığı və demokratik islahatların mühüm amillər olduğunu söylədi, və bildirdi ki, səfir kimi təsdiq olunacağı təqdirdə bu istiqamətdə yorulmadan çalışacaq. Cənab Morgninstar hesab etdiyini bildirdi ki, demokratik islahatlar Azərbaycan xalqının maraqlarındadır və o, rəsmi Bakını buna inandırmağa çalışacaq. O, əlavə etdi ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edilməsi səylərinə maksimum yardım etməyə çalışacaq.

Senator Menendez Azərbaycan-Ermənistan cəbhəsində hərbi eskalasiyadan narahat olduğunu bildirdi və Azərbaycanı təcavüzkar mövqe sərgiləməkdə ittiham etdi. O, cənab Morningstarı Culfada erməni məzarlarının dağıdılmasını yaxından araşdırmağa çağırdı.


Dünənki Dinləmədən Twitlər:

https://twitter.com/#!/voaazeri

(Twitlərin ardıcıllığı aşağıdan yuxarıya doğru yenilənir. Ən son twitlər ən yuxarıdakılardır)

ABŞ Senatında Azərbaycana səfirin təyinatı ilə bağlı dinləmələr sona çatdı

Morningstar: Biz İranın Azərbaycan daxilindəki təsirindən narahatıq. Düşünürük ki, Azərbaycan İran məsələsində bizim köməyimizə çalışır

Senator Şahin İranın Azərbaycana təsiri barədə soruşur.

Jim Menendez Culfada erməni qəbirlərinin dağıdılmasından narahatlığını ifadə etdi

M.: Ümid edirəm bu silahlar ermənilərə qarşı yönəlməyəcək. Regionda İran da böyük təhlükədir

Morningstar Azərbaycana təhlükəsizlik sahəsində yardım göstərməyin vacibliyini vurğuladı

Menendez ABŞ-ın Azərbaycana helikopter satmasını sual etdi

M.: Azərbaycan rəsmiləri ilə təmaslarımda bunu diqqətə çatdıracam

Morningstar deyir ki, konfliktin alovlanmasına gətirib çıxaracaq faktorlara qarşı mübarizə aparacaq

Jim Menendez deyir ki, Azərbaycan ötən həftə atəşkəsi pozub

Morningstar: Amma onlar enerji hasilatında passivdir və Şahdəniz Avropalılar üçün olduqca vacibdir

Morningstar deyir ki, İran Şahdəniz layihəsində 10% paya malikdir.

Sen. Barroso İranın Azərbaycanla münasibətləri haqda soruşur.

Tranxəzər eherji layihələri barədə fikir mübadiləsi gedir. Sen Luqar Avropaya gedən qaz-boru kəmərlərinin çoxalmasının vacibliyini qeyd edir

M.: Qarabağ problenin həlli regionun sabitliyi üçün olduqca mühümdür

Morningstar: Şəffaflıq sahəsində azda olsa proqres olub

Senator Shaheen soruşur: Başqa nə cür Azərbaycan hökumətinə çatdıra bilərsən ki, insan haqları mühümdür?

M.: Çalışacağam ki, Amerikanın oradakı proqramlarını nəzərdən keçirək

M.: Sivil cəmiyyətin qurulması mənimçün əsas prioritetlərdən biri olacaq

M.: Azərbaycan hökumətini inandırmalıyıq ki, dəyişiklik onların öz maraqlarındadır

Mornings.: Biz hər məsələ ilə fərdi məşğul olmalıyıq

Morningstar: Cavab vermək çətindir. Bəxtiyar Hacıyevin buraxılması müsbər xəbərdir

O, Morningstardan soruşur: Vəziyyət düzəlir yoxsa pisləşir?

Shaheen Azərbaycanda insan haqları pozuntuları, Fərhad və Rafiq Əliyev qardaşlarının həbsindən danışır

Senator Benjamin Kardin dinləməyə qatıldı

Riçard Morningstar ifadəsini bitirdi

O, xalq diplomatiyasının mühümlüyünü qeyd etdi

Morningstar: Bu münaqişənin dinc yolla həlli üçün əlimdən gələni edəcəyəm

Morningstar: Dağlıq Qarabağ münaqişəsinin həlli əsas prioritetdir

Morningstar: Demokratiya nə qədər inkişaf etsə, Azərbaycan-ABŞ əlaqələri bir o qədər inkişaf edər

Morningstar: Demokratik islahatlar Azərbaycanın uzun müddətli maraqlarındadır

Morningstar Azərbaycanın enerji layihələrində əməkdaşlığını alqışlayır

Morningstar: ABŞ Azərbaycanı həmçinin demokratik islahatlara ruhlandırmalıdır

Morningstar: Azərbaycan ABŞ-la Kosovo, İraq və Əfqanıstanda əməkdaşlıq edib

Morningstar: Əsas məsələ təhlükəsizlik, enerji, D.Qarabağ və insan haqlarıdır

Morninqstar danışır

Sen. Shaheen: D. Qarabağda sülhə alternativ yoxdurSenator Shaheen Bəxtiyar Hacıyevin azad edilməsini alqışlayır

sen. Shaheen: İnsan haqları problematikdir

Sen. Shaheen: Azərbaycan Əfqanıstan və Kosovoda NATO alyansına kömək edir. Enerji təhlükəsizliyi

Senator Shaheen danışır: ABŞ-Azərbaycan əlaqələrinin təhlil edir

Ənənəyə sadiq qalaraq Morningstarın ailə üzvləri də dinləməyə gəlib

Senator Barroso da dinləməyə qatıldı

Kerri Hillari Klintonun Bakıya səfərinə və Dağlıq Qarabağ münaqişəsinə toxundu və Morningstarın nominasiyasını mühüm adlandırdı

Kerri Morningstar-i hələ Massachussets ştatında olarkən tanıdığını dedi və onu köhnə dost adlandırdı

Azərbaycan, Hollandiya və Surinam səfirləri təsdiq olunur.

Hazırda otaqda senator Jeane Şahin, Con Kerri və Riçard Luqar var.

Senatında Azərbaycana səfirin təyinatı ilə bağlı dinləmələr başladı.

XS
SM
MD
LG