Accessibility links

ABŞ Senatının Kəşfiyyat Komitəsi Milli Kəşfiyyat Agentliyinə nominasiya edilən şəxsin təsdiqi ilə bağlı dinləmələrə başlayır


ABŞ Senatının Kəşfiyyat Komitəsi həftələrlə sürən gecikdirilmədən sonra prezident Barak Obamanın Milli Kəşfiyyat Agentliyinə nominasiya etdiyi şəxsin təsdiqi ilə bağlı dinləmələrə başlayır. Hava qüvvələrinin təqaüddəki generalı Ceyms Klapperin nominasiyası ilə bağlı dinləmələrə başlandığını Komitənin sədri Diana Feinsteyn bəyan edib.

ABŞ Senatının Kəşfiyyat Komitəsi həftələrlə sürən gecikdirilmədən sonra prezident Barak Obamanın Milli Kəşfiyyat Agentliyinə nominasiya etdiyi şəxsin təsdiqi ilə bağlı dinləmələrə başlayır. Hava qüvvələrinin təqaüddəki generalı Ceyms Klapperin nominasiyası ilə bağlı dinləmələrə başlandığını Komitənin sədri Diana Feinsteyn bəyan edib.Xanım Feinsteyn nominasiyanın nəzərdən keçirilməsinə Nümayəndələr Palatasının kəşfiyyat islahatlarına dair qanunu təsdiq etməyincə yol veriməyəcəyini bildirmişdi. Qeyd edək ki, sənəd Senatın təsdiqini artıq əldə edib. Barak Obama Ceyms Klapperi Milli Kəşfiyyat agentliyinə iyun ayının əvvəllərində nominasiya etmişdi.

XS
SM
MD
LG