Accessibility links

ABŞ senatı Rusiya rəsmilərinə sanksiya tətbiq edən qanunu nəzərdən keçirə bilər


Demokrat Con Kerri deyib ki, Birləşmiş Ştatlar Senatı vəkil Sergey Maqnitski 2009-cu ildə həbsxanada olarkən ölümündə əli olan Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər. Xarici Əlaqələr Komitəsinə başçılıq edən Con Kerri Senat gələn ay bahar tətilindən qayıdandan sonra bu məsələnin müzakirəyə çıxarılacağını deyib.

Digər demokrat Ben Kardin Sergey Maqnitski ilə bağlı qanun layihəsinin hələ keçən il qəbul edilməsinə çağırmışdı. Lakin Obama administrasiyasının soyuq reaksiyası üzündən qanunvericilər bu məsələ ilə bağlı heç bir addım atmamışdı.

Qanun layihəsində Sergey Maqnitskinin ölümündə əli olan hər bir Rusiya rəsmisinin Amerikaya gəlişinin qadağan edilməsi və bütün aktivlərinin dondurulması nəzərdə tutulur.

Vəkil Maqnitski Ermitaj Kapital şirkətində çalışırdı. O, Ermitaj rəsmilərini və Rusiya daxili işlər orqanlarını korrupsiyada ittiham etdikdən sonra həbs olunmuşdu.

XS
SM
MD
LG